"Tottenhem" "Sevilya"nın futbolçusu üçün təklif göndərdi

"Tottenhem" "Sevilya"nın yarımmüdafiəçisi Brayan Xili transfer etmək üçün hərəkətə keçib.

Newsport.az-ın məlumatına görə, London klubu ispan futbolçu üçün 15 milyon avro və 29 yaşlı argentinalı yarımmüdafiəçisi Erik Lamelanı verməyə hazırdır. Hazırda tərəflər danışıqlar aparır.

Lamela 2013-cü ildə "Roma"dan "Tottenhem"ə keçib.

Brayan Xil ötən mövsüm icarə əsasında "Eybar"da çıxış edib. 20 yaşlı sağ cinah vingeri İspaniyanın əsas millisində 3 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right