Reynaldo karyerasını bərpa etdi: "Yenidən Azərbaycanda oynamaq istəyirəm"

“Qarabağ”ın keçmiş hücumçusu Reynaldo karyerasını bərpa edib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun ən yaxşı forvardlardan biri kimi xatırlanan Reynaldo bir müddət əvvəl karyerasını bitirdiyini bildirsə də, yenidən futbola qayıdası olub.

Sevdiyi işdən çox uzaq qala bilməyən "sambaçı" yaşadığı Arapariçada bölgəsini təmsil edən komandanın heyətində məşqlərə başlayıb.

Saytımıza qısa açıqlama verən braziliyalı hücumçu ölkəmizə qayıtmaq istədiyini söyləyib: “Məşqlərə, oyunlara geri dönmüşəm. Azərbaycana qayıtmaq, futbol karyeramı bu ölkədə davam etdirmək istəyirəm. Azərbaycanı, futbolunu sevirəm. Alınsa, yenidən mənim üçün doğma olan ölkədə oynayaram”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right