"Mahir vacib qollar vurur" - "Legiya"nın baş məşqçisi

"Legiya"nın baş məşqçisi Çeslav Mixneviç Çempionlar Liqasının II təsnifat mərhələsiində Estoniyanın "Flora" klubuna qarşı keçirəcəkləri ilk oyundan əvvəl mətbuat konfransında fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, azərbaycanlı hücumçu Mahir Emreli haqda da danışıb:

"Mahir Emreli komandaya tez uyğunlaşdı və özünə yer tapdı. Mahir vacib qollar vurur. Özünü yaxşı tərəfdən göstərə bilib. Bu, önəmlidi".

"Legiya" - "Flora" matçı saat 23:00-da başlayacaq.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right