Tokio-2020: Braziliyalı futbolçu tarixə düşdü

Qadınlardan ibarət Braziliya millisinin futbolçusu Marta da Silva tarixi uğura imza atıb.

Newsport.az-ın məlumatına görə, o, buna Tokio-2020 Yay Olimpiya Oyunlarında nail olub.

35 yaşlı hücumçu bunu F qrupunda Çin yığmasını 5:0 hesabı ilə məğlub etdikləri matçda bacarıb. Qarşılaşmada iki qol vuran Marta ardıcıl 5-ci Olimpiadada qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Təcrübəli hücumçu 2004, 2008, 2012 və 2016-cı illərdəki Olimpiadalarda da qol vurmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right