Portuqaliyanın "Olhanense" klubu baş məşqçisi Edqar Davidslə yollar ayrılıb.
Newsport.az-ın məlumatına görə, niderlandlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Davids bu ilin yanvarından "Olhanense"ni çalışdırırdı. Komanda onun rəhbərliyi ilə III Divizionda ötən mövsümü 3-cü sırada bitirib.