Azərbaycan milli komandasının və “Vulverhempton”un hücumçusu Renat Dadaşovun maaşı məlumolub.
Newsport.az-ın məlumatına görə, Britaniya mətbuatının yazdığına görə 22 yaşlı hücumçu qarşıdakı iki mövsüm həftəlik 21 min (49 min manat) funt-sterlinq alacaq. Bu isə 2023-cü ilin yayında ingilis klubu ilə müqaviləsi başa çatacaq Dadaşovun "canavarlar"dan illik 1 milyon funt-sterlinqdən çox (2,5 milyon manatdan çox) maaş alacağı anlamına gəlir.
Lakin bu məbləğə Dadaşovun alacağı bonuslar və sponsorluq müqavilələrindən gələn gəlirlər daxil deyil.