“Çelsi” futbolçusu Mark Qeyi satıb.
Newsport.az xəbər verir ki, 21 yaşlı müdafiəçini “Kristal Palas” transfer edib. Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. İngilis futbolçu ilə 5 illik müqavilə imzalanıb. Britaniya mətbuatı "Çelsi"nin bu satışdan 20 milyon funt qazandığını yazıb.
Qeyd edək ki, Mark Qey ötən mövsüm icarə əsasında “Suonsi”də çıxış edib.