Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa Super kubokunun oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Varşava təmsilçisi "Rakuv"la qarşılaşıb.
Matçın 58-ci dəqiqəsində meydana daxil olan Mahir Emreli 90+3-cü dəqiqədə komandasının bərabərlik qolunu vurub.
Bu səbəbdən qalib penaltilər seriyasında müəyyənləşib. Vuruşlarda daha dəqiq olan "Rakuv" qalib olub və Super kuboku qazanıb.
"Legiya"dan penaltini dəqiqə yerinə yetirə bilməyənlərdən biri Mahir Emreli olub.