Messi və Neymar rəmzi komandada

Futbol üzrə Amerika kubokunun rəmzi komandası açıqlanıb. Newsport.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, Braziliyada keçirilmiş sonuncu qitə birinciliyinin ən yaxşı 11 futbolçusu arasında çempion Argentinadan 4 oyunçu yer alıb.
 
Finalda Argentina yığmasına məğlub olmuş Braziliya millisinin isə 3 futbolçusu siyahıya düşüb. 
 
Kolumbiya, Ekvador, Çili və Peru yığmaları isə rəmzi komandada bir futbolçu ilə təmsil olunub:
 
Qapıçı: Emiliano Martines (Argentina);
 
Müdafiəçilər: Maurisio İsla (Çili), Kristian Romero (Argentina), Markinyos (Braziliya), Pervis Estupinyan (Ekvador);
 
Yarımmüdafiəçilər: Rodriqo De Paul (Argentina), Kazemiro (Braziliya), Yosimar Yotun (Peru);
 
Hücumçular: Lionel Messi (Argentina), Neymar (Braziliya), Luis Dias (Kolumbiya).




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right