Premyer Liqa klubu onun üçün 40 milyon avro təklif etdi

“Atletiko”nun futbolçusu Saul Niqes karyerasını İngiltərədə davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, “Liverpul” 26 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, Mersisayd təmsilçisinin Saul üçün 40 milyon avroluq transfer təklifi göndərdiyi bildirilib.

“Atletiko” ilə müqaviləsi 2026-cı ilin yayına qədər olan Saulun bu məbləğə “Liverpul”a keçidi ehtimalı azdır. Madrid klubu ispan futbolçusunu belə aşağı məbləğə satmaq niyyətində deyil.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right