İngiltərə kubokunun sahibi "Arsenal" oldu

Bu gün İngiltərə Federasiya kubokunun final matçı keçirilib.

Newsport.az-ın məlumatına görə, həlledici görüşdə "Arsenal" və "Aston Villa" komandaları üz-üzə gəlib. 

Bu oyunda London klubu 4:0 hesabı ilə qalib gəlib və İngiltərə kubokunun sahibi olub.

Beləliklə, Premyer Liqada çempionluq şansını əldən verən "Arsenal" mövsümü titulla başa vurmağı bacarıb. Arsen Vengerin komandası tarixində 12-ci dəfə FA kubokunu qazanıb.

Qeyd edək ki, ötən mövsüm də FA kubokunun finalına yüksələn "Arsenal" həlledici görüşdə "Hall Siti"ni 3:2 hesabı ilə məğlub edərək kuboka sahib çıxmışdı.


 

30 may

İngiltərə Federasiya kuboku, final

21:30. "Arsenal" - "Aston Villa" - 4:0
Qollar:
 Teo Uolkott, 40 (1:0), Aleksis Sançes, 50 (2:0), Per Mertezaker, Oliver Jiru, 90 (4:0)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right