Braziliya millisinin sabiq üzvü Ronaldinyo "İnstaqram"da etdiyi paylaşımla diqqət çəkib.
Newsport.az xəbər verir ki, 41 yaşlı sabiq futbolçu məşhur oyunçular - Paulo Dibala, Pol Poqba və Bles Matyuidi ilə birgə şəklini paylaşıb. .Sözügedən foto bir neçə saat ərzində 2 milyondan çox insan tərəfindən bəyənilib.
Braziliyanın "Globo Esporte" nəşri yazıb ki, futbolçuların görüşü təsadüfən Mayamidəki (ABŞ) gecə klublarından birində reallaşıb.