Millimizin sabiq qapıçısı bu kluba keçir

Ukrayna Premyer Liqa təmsilçisi “Minay” millimizin sabiq qapıçısı Andrey Popoviçlə yolları ayırıb.

Newsport.az xəbər verir ki, bu haqda Ukraynanın “Footboom” saytı məlumat yayıb. 29 yaşlı qapıçının karyerasını ikinci liqa təmsilçisi LNZ-də davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, Popoviç 2019-cu ilin fevralından 2021-ci ilin mayın sonuna kimi “Minay”ın formasını geyinib. O, ötən mövsüm 15 oyunda 29 qol buraxıb, 5 matçda isə qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, ötən mövsüm “Minay”da azərbaycanlı futbolçular Anatoli Nuriyevlə Rüfət Əhmədzadə də çıxış edib.

Əlavə edək ki, Popoviç 2011-12-ci illərdə milli komandamıza dəvət alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right