"Onlar İngiltərə, bizimkilər Ukrayna çempionatında oynayırlar" - Şevçenko

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko Avro-2020-nin 1/4 finalındakı rəqibləri İngiltərə yığması ilə aralarındakı fərqdən danışıb.

Newsport.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis deyib:

"Bu, fərqli bir intensivlikdir. İngiltərəli futbolçular ən yaxşı çempionatda - Premyer Liqada oynayırlar. Bu cür gərginliyə öyrəşiblər. Lakin bizim futbolçularımız Ukrayna liqasında oynayır və onların bu qədər intensivliyi yoxdur. Şanslarımız barədə danışmaq çətindir. Əlbəttə, rəqib bizdən daha yaxşı vəziyyətdədirlər. Ancaq düşünürəm ki, istək, düzgün yanaşma, ağıl və 100 faizlik fədakarlıq bizə kömək olacaq".

Qeyd edək ki, bu gün keçiriləcək Ukrayna - İngiltərə matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right