Rusiya millisinin sabiq üzvü Aleksandr Səmədov Avro-2020-nin 1/4 finalında Ukrayna - İngiltərə oyunu öncəsi fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, əslən azərbaycanlı sabiq futbolçu İngiltərənin favorit olduğunu deyib: "Əlbəttə, İngiltərə favoritdir. Komanda tərkibi baxımından daha güclüdür. Onlar kağız üzərində açıq-aşkar favoritdirlər, amma bu Avropa çempionatı artıq bütün liderləri evlərinə göndərdi. Beləliklə, qarşıdakı oyunda hər şey ola bilər. Ukraynadan sürprizlər gözləyə bilərik. Bunlar çox olub. Görüşün hansı hesabla bitəcəyini bilmirəm. Belə bir Avropa çempionatında bir şey təxmin etmək çətindir".
Qeyd edək ki, Ukrayna - İngiltərə görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.