İngilis klubunda baş məşqçi təyinatı

“Fulhem” Marko Silvanın klubun baş məşqçisi vəzifəsinə təyin olunduğunu açıqlayıb.

Newsport.az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisi rəsmi saytı vasitəsi ilə xəbər yayıb.  Portuqaliyalı mütəxəssislə 3 illik müqavilə bağlanıb. O, 2021/22 mövsümündə komandanı yenidən Premyer Liqaya yüksəltməlidir.

Xatırladaq ki, ötən mövsüm “Fulhem”i Skott Parker çalışdırırdı. Komanda yüksək liqanı tərk etdikdən sonra onunla yolların ayrılmasına qərar verilib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right