“Lester” “Zalsburq”un hücumçusu Patson Dakanı heyətinə qatıb.
Newsport.az xəbər verir ki, bu haqda İngiltərə klubunun saytı məlumat yayıb. 22 yaşlı zimbabveli oyunçu ilə qarşıdakı 5 mövsüm üçün müqavilə imzalanıb. Müqavilənin maddi tərəfləri haqda məlumat verilməsə də, transferin ingilislərə 30 milyon avroya başa gəldiyi bildirilir.