Mbappe üzr istədi

Fransa millisinin futbolçusu Kilian Mbappe Avro-2020-nin 1/8 finalında İsveçrəyə uduzduqları oyunu (3:3, penaltilər seriyası - 4:5) şərh edib.

Newsport.az xəbər verir ki, komandanın sonuncu penalti zərbəsini düzgün yerinə yetirə bilməyən 22 yaşlı hücumçu özünün "İnstaqram" səhifəsində yazıb:

"Bunu unutmaq çətin olacaq. Penaltini qaçırdığım üçün məyusam. Buna görə üzr istəyirəm. Komandaya kömək etmək istədim, amma heç nə olmadı. Yuxuya getmək çətin olacaq, amma təəssüf ki, bu idman növünün enişli-yoxuşlu hissələri var. Bilirəm ki, siz azarkeşlər məyus oldunuz, amma yenə də dəstəyiniz və hər zaman bizə inandığınız üçün sizə təşəkkür etmək istərdim. Ən əsası qarşıdakı turnirlər üçün daha da güclənməkdir. İsveçrəni təbrik edirəm və uğurlar arzulayıram".

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right