"Fənərbağça"da prezident seçkisi keçirilib.
Newsport.az-ın məlumatına görə, seçkilərdə yeganə namizəd klubun hazırkı prezidenti Ali Koç idi. 54 yaşlı biznesmen yenidən İstanbul təmsilçisinin prezidenti seçilib. O, səsverməyə qatılan 6682 nəfərdən 6459-nun səsini toplayıb.
Ali Koç 2018-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edir.