"Liverpul" Ozan Kabakla bağlı yekun qərarını verdi

"Liverpul" ötən mövsümün ikinci hissəsində "Şalke"dən icarəyə götürdüyü Ozan Kabakla bağlı yekun qərarını verib.

Newsport.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira özünün "Tvitter" hesabında yazıb. İngiltərə təmsilçisinin türk müdafiəçini almamaq qərarına gəldiyi bidirilib. Beləliklə, o, Almaniya klubuna qayıdır. Ancaq Kabakın "Şalke"də qalmaq ehtimalı azdır. 21 yaşlı oyunçu ilə "Kristal Pelas", "Nitsa", "Lester", "Bayer" və "Renn" maraqlanır.

 

Qeyd edək ki, Kabak "Liverpul"la Premyer Liqada meydana çıxdığı 9 matçda 3 sarı vərəqə alıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah