FIFA Moldova klubuna transfer qadağası qoydu

FIFA Moldovanın "Zimbru" klubuna transfer qadağası qoyub.

Newsport.az "moldfootball.com"a istinadən xəbər verir ki, ali futbol qurumu Kişinyov təmsilçisini sabiq futbolçularına və baş məşqçisinə borclu olduğu üçün cəzalandırıb.

"Zimbru" 2019/2020 mövsümündə klubda fəaliyyət göstərən baş məşqçi Covanni Skanu və futbolçular - braziliyalı Conatan Santosla portuqaliyalı Uqo Netuya borcludur.

Qadağa həmin şəxslərə olan borclar ödənildikdən sonra götürüləcək.

 
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah