Çexiyaya qarşı oynamayacaqlar

İngiltərə millisinin futbolçuları Meyson Maunt və Ben Çiluell Avro-2020-nin qrup mərhələsinin 3-cü turunda Çexiya ilə oyunu buraxacaqlar.
 
Newsport.az İngiltərə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, "Çelsi"nin oyunçuları koronavirusa yoluxan Şotlandiya yığmasının yarımmüdafiəçisi Billi Qilmorla təmasda olduqları üçün iyunun 28-ə qədər təcrid olunublar.
 
Bu gün İngiltərə millisinin bütün üzvləri koronavirus testindən keçiblər və nəticə mənfi olub.
 
Qeyd edək ki, bu gün keçiriləcək Çexiya - İngiltərə görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right