Avro-2020-nin qrup mərhələsinin sonuncu turunda keçirilən Şimali Makedoniya - Niderland oyununun (0:3) ən yaxşı futbolçusu açıqlanıb.
Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, Niderland millisinin üzvü Corcinyo Veynaldumdur. O, sözügedən görüşdə dubla (51, 58-ci dəqiqələ) imza atıb.
Qeyd edək ki, Niderland C qrupunu 9 xalla 1-ci pillədə başa vurub.