Qaret Sautqeyt: "Bu oyuna görə məyusuq"

"Bu oyuna görə məyusuq. Şotlandiyanın haqqını vermək lazımdır. Onlar cəsarətlə müdafiə olundular və yaxşı oynadılar. En azından 1 xal qazandıq. Qələbə üçün lazım olan şeyləri etmədik. Qalib gələ bilmirsinizsə, ən azı uduzmamalısınız. Mən də daxil olmaqla, özümüzü tənqid etməliyik. Daha yaxşı oynamalıyıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda Şotlandiya ilə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.

O, sözügedən görüşdə Harri Keyni əvəzləməsinin səbəbi haqda da danışıb: "Keyni ona görə əvəzlədim ki, bizə daha çox hərəkət lazım idi. Markuş Reşford bu enerjini verə bilərdi. Buna görə də bu qərarı qəbul etdik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right