Amerika kuboku: Argentina millisi Uruqvayı məğlub etdi

Futbol üzrə Amerika kubokunda qrup mərhələsinin 2-ci turuna yekun vurulub.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə B qrupunun qarşılaşmaları keçirilib. 2-ci turun açılış matçında Kolumbiya yığması Venesuela ilə qolsuz bərabərə qalıb. Qrupun lideri Braziliya yığması Peru üzərində darmadağına sevinib – 4:0.

A qrupunun görüşləri bu gün keçirilib. Çili Boliviyanı, Argentina isə Uruqvayı məğlub edib.

Amerika kuboku, qrup mərhələsi, 2-ci tur

18 iyun

B qrupu

Kolumbiya – Venesuela 0:0

Braziliya – Peru 4:0
Qol:
 Aleks Sandro, 12. Neymar, 68. Everton Ribeyro, 89. Riçarlison, 90+3.

19 iyun

A qrupu

Çili – Boliviya 1:0
Qol: 
Ben Brereton, 10.

Argentina – Uruqvay 1:0
Qol:
 Qvido Rodriqes, 13.

Bombardir: Neymar (Braziliya), Anxel Romero (Paraqvay) – 2 qol.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right