"Bizdən gözlənilən oyunu göstərmədik" Lukaku

Belçika millisinin üzvü Romelu Lukaku Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda Danimarka üzərində əzmkar qələbəni şərh edib.

Newsport.az xəbər verir ki, 28 yaşlı hücumçu UEFA-nın saytına açıqlamasında deyib: "Özüm də daxil olmaqla emosional oynadıq. Düzünü deməliyəm, bizdən gözlənilən oyun səviyyəsini göstərmədik. Amma bunu çox dramatikləşdirməyə dəyməz. Danimarka millisi həddindən artıq yaxşı oynadı. Bizim üçün bir sınaq oldu və sonda qrupdan çıxdıq".

Xatırladaq ki, Belçika millisi sözügedən oyunda 2:1 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right