AVRO-2020: Azarkeşlər fəvvarəyə pivə töküb çimdilər

Şotlandiya yığmasının azarkeşləri Avropa çempionatında İngiltərə ilə II tur matçından əvvəl Londonda kütləvi gəzintiyə çıxıblar.

Newsport.az-ın məlumatına görə, fanatlar fəvvarənin yanına gələrək, onun ətrafında xorla oxuyublar. Bu an onlar suya pivə süzməyə başlayıblar. Nəticədə suda köpüklər əmələ gəlib.

Azarkeşlər həmin fəvvarədə çimiblər və bir-birilərini suya atıblar.

Qeyd edək ki, bu gün Londondakı "Uembli" stadionunda keçiriləcək İngiltərə - Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right