Amerika Kubokunda qrup mərhələsinin 2-ci turuna start verilib.
Newsport.az xəbər verir ki, ötən gecə B qrupunda 2 görüş keçirilib. Kolumbiya Venesuela ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
Turnirin təşkilatçısı Braziliya yığması isə ardıcıl ikinci qələbəsini qazanıb. "Sambaçılar” Peru yığmasına 4 cavabsız qolla qalib gəlib.
Amerika Kuboku
2-ci tur, B qrupu
Kolumbiya – Venesuela – 0:0
Braziliya – Peri – 4:0
Qollar: Aleks Sandro, 12, Neymar, 68, Everton Ribeyro, 89, Rişarlison, 90+3
Braziliya millisi 6 xalla qrup birincisidir. Kolumbiya 4 xalla 2-cidir.