Avstriyada təlim-məşq toplanışında olan Polşanın “Legiya” klubu bu gün yoxlama oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi komanda yerli “Bişofshofen”lə qarşılaşıb.
Polşa çempionu bu oyunda darmadağına çevirib. “Legiya” rəqib qapısından beş cavabsız qol keçirib – 5:0.
Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb. Komandasının vurduğu qollardan üçünə məhz Emreli imza atıb. Azərbaycan yığmasının hücumçusu 6, 22 və 36-cı dəqiqələrdə fərqlənib.