Danimarka millisinin futbolçusu Kristian Eriksen əməliyyat olunacaq.
Newsport.az Danimarka Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin ürəyinə implant kardioverter-defibrilyator yerləşdiriləcək. B cihaz ürəyin qəfil dayanmasının qarşısını alır.
Xatırladaq ki, Avro-2020-nin B qrupunda iyunun 12-də keçirilən Danimarka – Finlandiya oyununun gedişində Kristien Eriksenin səhhətində ciddi problem yaranmış, futbolçu ilkin tibbi yardımdan sonra birbaşa xəstəxanaya təxliyyə olunmuşdu.