De Brüyne və Vitsel bu gün oynayacaq?

Belçika millisinin futbolçuları Kevin de Brüyne və Aksel Vitsel bu gün Avro-2020-nin qrup mərhələsinin ikinci turunda Danimarka ilə matçda meydanda ola bilərlər.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Roberto Martines açıqlama verib. O, zədə səbəbindən 1-ci turda Rusiya ilə oyunu (3:0) buraxan yarımmüdafiəçilərin görüşə hazır olduğunu deyib:

"De Bruyne sağalıb və oynamağa hazırdır. Yeganə sual onun meydanda nə qədər vaxt keçirə biləcəyindədir. Amma onun bərpa prosesindən razıyam. Eyni şey Vitselə də aiddir. Önümüzdəki iki matça optimal bir heyət ilə çıxmaq istəyirik".

Qeyd edək ki, Danimarka - Belçika oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right