Avro-2020-nin qrup mərhələsinin ikinci turunda bu gün keçiriləcək Danimarka - Belçika oyunu 10-cu dəqiqədə 1 dəqiqəlik dayandırılacaq.
Newsport.az “Footbal İtalia”ya istinadən xəbər verir ki, bu barədə Belçika millisinin hücumçusu Romelu Lukaku danışıb. Lukakunun sözlərinə görə, oyunçular 10-cu dəqiqədə topu meydançadan kənara atacaqlar və ilk turda Finlandiya ilə matçda (0:1) huşunu itirən Danimarka yığmasının 10 nömrəli futbolçusu Kristian Erikseni alqışlayacaqlar:
"Bu zaman azarkeşlər onu alqışlamaq üçün imkan əldə edəcəklər. Sabahkı oyundan sonra Kristiana mesaj göndərəcəyəm. İndi isə ona vaxt vermək lazımdır. Qoy, ailəsi ilə vaxt keçirsin.
Bir gün əvvəl onun olduğu xəstəxanaya getməyə çalışdım. Amma UEFA-nın qadağası olduğu üçün həkimlər məni içəri buraxmadıla".
Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.