Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun yeni klubu məlum olub.
Newsport.az-ın məlumatına görə, "Neftçi" ilə müqaviləsi başa çatan oyunçu Polşanı "Visla" klubuna keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
O, yeni klubunda 5 nömrəli formanı geyinəcək.