Şəhriyar Məmmədyarov beynəlxalq turnirin qalibi oldu

Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" şahmat turnirinin qalibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, yarışın qalibi Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov olub. 36 yaşlı şahmatçı son turda fransalı Maksim Vaşye-Laqravla qarşılaşıb və heç-heçə edib. Xallarının sayını 6-a çatdıran Məmmədyarov bütün rəqiblərini qabaqlayıb və qələbəni rəsmiləşdirib.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyanla "sülh"ə razılaşıb. Nəticədə Rəcəbov turniri 4,5 xalla başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right