Yaya Ture Rusiya klubunda

"Mançester Siti" və "Barselona"nın sabiq futbolçusu Yaya Turenin yeni iş yeri müəyyənləşib.

Newsport.az xəbər verir ki, son olaraq Ukraynanın "Olimpik" klubunda köməkçi məşqçi vəzifəsini yerinə yetirən 38 yaşlı Ture karyerasını Rusiyada davam etdirəcək.

O, "Axmat" klubunun məşqçilər korpusunda yer alıb. Bu barədə Qroznı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kot-D`ivuarlı keçmiş futbolçu baş məşqçi Andrey Talalaevin köməkçisi təyin edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right