Avro-2020-nin final mərhələsinin iştirakçılarından Slovakiya millisi problemlə üzləşib.
Newsport.az xəbər verir ki, 1-ci turda Polşa ilə matç üçün Sankt-Peterburqa gələ yığmanın qaldığı "Avropa" otelində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər gəlib və mətbəxdən başlayan yanğının yayılması təhlükəsinin qarşısını alıblar.
Qeyd edək ki, Polşa - Slovaksiya oyunu bu gün 20:00-da başlayacaq.