Eriksen danışdı

Danimarka millisinin Avro-2020-nin final mərhələsinin ilk turunda Finlandiya ilə matçda (0:1) huşunu itirən futbolçusu Kristian Eriksenin vəziyyəti yaxşılaşıb.

Newsport.az “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi özü məlumat verib. O, sağlamlıq durumunun yaxşılaşdığını bildirib:

“Dəstəyinizə görə təşəkkür edirəm. Mən təslim olmayacağam. İndi daha yaxşıyam. Amma nə olduğunu anlamaq istəyirəm. Mənə dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm”.

Qeyd edək ki, Eriksen Finlandiya ilə görüşdə huşunu itirdikdən sonra oyun dayandırılıb və  futbolçuya ürək masajı yerinə yetirilib. Bundan sonra o, xəstəxanaya aparılıb, görüş isə bərpa edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right