AÇ-2020-nin D qrupu çərçivəsində keçirilən İngiltərə – Xorvatiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, İngiltərə yığmasının hücumçusu Rahim Sterlinq bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. “Mançester Siti”nin formasını geyinən futbolçu bu matçda vurulmuş yeganə qolun müəllifi olub.