AÇ-2020: “Danimarkalı futbolçular oynamaq istəməsəydi, bunu qəbul edərdik”

Finlandiya milli komandasının baş məşqçisi Markku Kanerva AÇ-2020-nin qrup mərhələsinin ilk turunda Danimarkanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, Kanerva, 1:0 hesabıyla qələbə qazandıqları oyunda yaşanan dramatik hadisələrlə bağlı bunları deyib:

“Bütün dramatik hadisələrə baxmayaraq, unudulmaz bir gecə oldu. Yaşananlar bizə həyatda vacib şeylərin nə olduğunu göstərdi. Danimarkalı futbolçular oynamaq istəməsəydi, bunu qəbul edərdik”.

Finlandiya Danimarkanı 1:0 hesabıyla məğlub edib. Qarşılaşmanın 42-ci dəqiqəsində danimarkalı futbolçu Kristian Eriksen huşunu itirərək, yerə yıxılıb. Həkimlərin ilkin müdaxiləsindən sonra Eriksen xəstəxanaya aparılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right