"Mançester Siti" heyətinə yeni futbolçu qatmağı planlaşdırır.
Newsport.az-ın məlumatına görə, "şəhərlilər" "Vilyarreal"dan Pau Torresi almaq istəyir. Klub 24 yaşlı müdafiəçini komandadan ayrılacağı gözlənilən Emerik Laportun əvəzləyicisi kimi görür.
Qeyd edək ki, Torres başa çatan mövsüm 33 matçda 2 qol vurub.