UEFA Azərbaycanın bloklaması səbəbindən Avro-2020-də jurnalist kimi iştirakdan məhrum etdiyi Rusiyanın Matç TV kanalının şərhçisi Konstantin Qeniçə akkreditasiya verib.
Newsport.az-ın məlumatına görə, bu barədə jurnalist öz sosial media hesablarında məlumat yayıb.
Qitənin ali futbol qurumu Qeniçin Ermənistan işğalı altında olarkən Dağlıq Qarabağa qanunsuz səfərinə görə Azərbaycan tərəfindən bloklandığı üçün onu akkreditaasiya üçün müraciətini mənfi cavablamışdı. Bu gün isə jurnalist problemin həll olunduğunu bildirib və akkreditasiyasının fotosunu paylaşıb. Qeniç Bakıda keçiriləcək matçlar xaric Avro-2020-nin digər oyunlarına buraxılacaq.
Qeyd edək ki, daha əvvəl Matç TV-nin şərhçilərindən Nobel Arustamyan akkreditasiya üçün müraciət etdiyi UEFA-dan eyni məsələlər ilə bağlı rədd cavabı almışdı. Lakin qitənin ali futbol qurumu sonradan ona Avro-2020 üçün akkreditasiyası verib (Bakı xaric).