"Roma"nın sabiq çalışdırıcısı Paulo Fonseka "Tottenhem"i çalışdırmağa yaxındır.
Newsport.az-ın məlumatına görə, tərəflər bununla bağlı razılığa gəlib. Razılığa əsasən, 48 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, apreldə Joze Mourinyonun istefaya göndərilməsindən sonra komandanı müvəqqəti olaraq Rayan Meyson çalışdırır.