UEFA Avro-2020-nin final mərhələsinin 4 oyununun keçiriləcəyi Bakı şəhəri ilə bağlı paylaşım edib.
Newsport.az-ın məlumatına görə, qitənin ali futbol qurumunun sosial şəbəkə hesablarında yayımlanan qısa videoda Bakının füsunkar mənzərələri və yerləri - "Alov qüllələri", İçərişəhər, "Qız qalası" və matçların keçiriləcəyi Bakı Olimpiya Stadionu göstərilib. UEFA sözügedən videonu belə şəh edib: "Bakıya xoş gəlmisiniz. Avro-2020-nin ikinci gününə Bakıda Uels - İsveçrə matçı ilə başlayırıq".