İlkay "Barselona"dan təklif gözləyir

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan klubu ilə yeni müqavilə imzalamağa tələsmir.

Newsport.az "The Sun"a istinadən xəbər verir ki, buna səbəb türkəsilli alman yarımmüdafiəçinin "Barselona"dan təklif gözləməsidir. Bildirilib ki, 30 yaşlı oyunçu Mançester təmsilçisində xoşbəxtdir, ancaq karyerasını Kataloniya klubunda davam etdirmək variantını nəzərdən keçirməyə hazırdır.

Transfermarkt futbolçunu 40 milyon avro qiymətləndirir.

Qeyd edək ki, İ. Gündoğan ötən mövsüm Premyer Liqada meydana çıxdığı 28 matçda 13 qol vurub, 6 qolun ötürməsini verib. Onun klubu ilə müqaviləsi 2023-cü ilin yayı başa çatır.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah