"Real" PSJ-nin futbolçusu Kilian Mbappeni transfer etmək fikrindən daşınıb.
Newsport.az "AS" nəşrinə istinadən xəbər verir ki, bu, Paris təmsilçisinin rəhbərliyinin mövqeyi ilə əlaqədardir. Klubun prezidenti Nasser Əl Xəlafinin fransalı hücumçunu satmayacaqlarını söyləməsindən sonra Madrid təmsilçisi bu transferin qeyri-mümkün olacağını qəbul edib.
"Real" hazırda 22 yaşlı oyunçunun özünün PSJ rəhbərliyini bu transfer razı salmasına ümid bəsləyir. Ancaq Paris klubu futbolçu ilə 2022-ci ilin yayında bitəcək müqavilənin uzadılmasına çalışacaq.