"Xəzər Lənkəran"ın sabiq futbolçusu Denis Kalinkov Moldovanın "Tiraspol" klubundan qovulub.
Newsport.az-ın məlumatına görə, futbolçunun da xəbəri olmadan onun komandadan göndərilməsi ilə bağlı qərar verilib.
O, bu barədə Moldova mətbuatına açıqlama verən futbolçu belə deyib:
"Bu barədə mətbuatdan öyrəndim. Sən demə xəbər doğru imiş. Nə baş verdiyini bilmirəm. Karyeramı harada davam etdirəcəyimi indidən deyə bilmərəm”.
Qeyd edək ki, Kalinkov 2009/10 mövsümündə "Xəzər Lənkəran"da forma geyinib. O, cənub klubunun heyətində 25 oyun keçirib və 5 qol vurub.