Riberi ilə müqavilə uzadılır

"Fiorentina"nın futbolçusu Frank Riberi klubu ilə müqaviləsini uzadacaq.

Newsport.az saytının məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi komandada qalmaq fikrindədir. Klub rəhbərliyi də onunla yolları davam etdirmək istəyir.

Hazırda tərəflərin danışıq apardığı bildirilir. Fransız futbolçunun illik maaşının 4 milyon avrondan 2 milyona endiriləcəyi də qeyd olunub.

Fransa millisinin sabiq üzvü 12 il (2007-2019) "Bavariya"da çıxış etdikdən sonra "Fiorentina"ya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right