"Barselona"nın yeni transferi Serxio Aqueronun atası Leonel de Kastilyo oğlunun "Mançester Siti"dən ayrılması haqda danışıb.
Newsport.az xəbər verir ki, o, "Radio La Red"ə açıqlamasında deyib ki, Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiola argentinalı hücumçu ilə müqavilənin yenilənməsini istəməyib: "Qvardiolaya inanmıram, heç vaxt oğlumu sevməyib. O, çalışdırdığı bütün komandalarda əsas xarakter olmaq istəyir".