"Barselona"nın müdafiəçisi Jordi Alba əbədi olaraq klubda qalmaq istəyir.
Newsport.az xəbər verir ki, bu barədə o, goal.com-a açıqlamasında deyib: “Müqaviləyə əsasən üç ilim qalıb. Qərarı klub verəcək, amma "Barselona"da ömrümün sonuna qədər qalmaq istəyirəm".
Qeyd edək ki, Alba 2012-ci ildən Kataloniya təmsilçisində çıxış edir. O, komanda ilə birlikdə beş dəfə çempionluq və İspaniya kubokunu qazanıb, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.