Millinin sabiq üzvü 28 yaşında vəfat etdi

Futbol üzrə Qazaxıstan milli komandasının sabiq futbolçusu İslam Dalaev vəfat edib.
 
Newsport.az xəbər verir ki, keçmiş cinah oyunçusu 28 yaşında ürəktutmasından ölüb. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
 
Stanislav Lunin adı ilə tanınan Dalaev ötən il səhhətindəki problemlərə görə karyerasını bitirmişdi.
 
Qazaxıstan yığması ilə 2 oyuna çıxan mərhum futbolçu ölkəsinin “İrtış”, “Kayrat” və “Şaxtyor” klublarında çıxış etmişdi.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right